Difference between revisions of "Storage/az"
(Created page with "Premium hesabı ilə anbarınızı iki qat artıra və bundan əlavə həftədə 400G verərək limiti artıra bilərsiniz.") |
(Created page with "Səviyyə 99 olan ev də anbarınızın orijinal ölçüsünü 100% artırır (premium və həftəlik qızıl ilə almadan).") |
||
| Line 83: | Line 83: | ||
[[Gold and Premium|Premium hesabı]] ilə anbarınızı iki qat artıra və bundan əlavə həftədə 400G verərək limiti artıra bilərsiniz. | [[Gold and Premium|Premium hesabı]] ilə anbarınızı iki qat artıra və bundan əlavə həftədə 400G verərək limiti artıra bilərsiniz. | ||
| − | [[Buildings| | + | Səviyyə 99 olan [[Buildings/az|ev]] də anbarınızın orijinal ölçüsünü 100% artırır (premium və həftəlik qızıl ilə almadan). |
Revision as of 11:57, 21 August 2019
Ambar səhifəsində silah və ehtiyat əşyaları istehsal edə, sata və ala bilərsiniz. Dövlət rəhbərləri dövlət büdcəsinə resurs ala bilmək üçün dövlət satınalma bazarından da istifadə edə bilərlər.
Contents
Resources
Neft
Neft məhsulları ən çox silahların istehsalında və regionların inkişafında istifadə olunur. Bunu regional və özəl fabriklərdə işləyərək əldə etmək olar.
Filiz
Filiz də neft kimi bir çox şeyin tikintisində istifadə olunur. Həm regional, həm də özəl fabriklərdə işləyərək əldə edilə bilər.
Uran
Uran eyni zamanda bir növ qaynaqdır, antiradian, ballistik roket, ay tankları və kosmik stansiyaların tikintisində olunur. Yalnız xüsusi fabriklərdə işləyərək əldə edilə bilər.
Almaz
Almazlar kosmik raketlər, ballistik raketlər, ağır bombardmançılar, döyüş gəmiləri və kosmik stansiyaların istehsalı üçün lazımdır. Həm də yalnız fabriklərdə əldə edilə bilər.
Yuxarıdakı bütün mənbələr bölgələrdəki binalar üçün də istifadə olunur. Onlardan istənilən sayını büdcəyə bağışlaya bilərsiniz.
Maye oksigen
Kosmik raketlər, Ay tankları və Kosmik stansiyaların istehsalı üçün lazımdır. Fabriklərdən əldə edilir. Ekstraksiya yalnız Yerdə mümkündür.
Helium-3
Kosmik stansiyaların istehsalı üçün lazımdır. Fabriklərdən əldə edilir. Ekstraksiya yalnız Ayda mümkündür.
Antiradian
Bölgənin radioaktiv çirklənməsini azaltmaq üçün istifadə olunur.
Enerji içkisi
Yeniləmə müddətini gözləmədən enerji içkisi ilə enerjinizi yeniləyə bilərsiniz. Ardıcıl 10 dəqiqə ərzində enerji içkilərindən istifadə edə bilərsiniz. 50 enerjiniz varsa, 150 enerji içkisi istifadə edərək doldurulacaqdır. Enerji içkiləri satmaq və almaq olmaz. Yalnız qızılla istehsal edə bilərsiniz.
Kosmik raketlər
Aya kosmik raketlə səyahət edə bilərsiniz. Aydan dönmək üçün başqa bir kosmik raketə ehtiyacınız var.
Silahlar
Müharibələrdə zərər verə bilmək üçün silahlara ehtiyac var.
Müxtəlif növ müharibələrdə fərqli silahlara ehtiyac var.
| Başlıq | Alfa-zərər | Müharibə növü | |
|---|---|---|---|
| |
Tanklar | 10 | Torpaq muharibələri |
| |
Döyüş təyyarələri | 75 | Torpaq muharibələri |
| |
Ballistik raketlər | 900 | Torpaq muharibələri, zərbələr istisna olmaqla |
| |
Ağır bombardmançılar | 800 | Torpaq muharibələri |
| |
Döyüş gəmiləri | 2000 | Dəniz muharibələri |
| |
Ay tankları | 2000 | Ay müharibələri |
| |
Kosmik stansiyalar | 5000 | Kosmos müharibələri |
Bazar
Qlobal bazarda əşyalar və silahları satın ala və sata bilərsiniz.
Təklifinizi göndərməzdən əvvəl bölgənizin bazar vergilərinə nəzər salmalısınız: alıcının sizə verdiyi bütün pulları həmişə almırsınız, hətta 0 əldə edə bilərsiniz və bu halda bütün pul dövlət büdcəsinə gedir. Bir təklif göndərdikdən sonra başqa bir bölgəyə getdiyiniz təqdirdə bölgə dəyişdirilməyəcəkdir.
Məsələn, A bölgəsində bir təklif göndərdiniz və sonra B bölgəsinə köçdünüz.
Bundan sonra A bölgəsində bazar vergisi 100% qaldırıldı.
Təklifinizi (qiymətinizi və ya həcminizi) redaktə etməsəniz, təklifinizin bölgəsi dəyişdirilməyəcək və kimsə onu alırsa vergi 0 olaraq qalır və sizin satdığınız malın pulu sizə tam ödənir.
Təklifinizin maksimum və minimum ölçüsü üçün məhdudiyyətlər var.
Həm də bütün təklifləri aça və ən aşağı qiymətin 110% -dən çox olmayan bir satıcı seçə bilərsiniz.
Silah və əşyaların yaradılması
Resurslarınızdan və pulunuzdan istifadə edərək əşyalar və silahlar yarada bilərsiniz. İstehsal xərcləri Güc və Təhsil statınıza görə müəyyən edilir. Orada məhsulunuzun maya dəyərini də tapacaqsınız ki, bu da hazırda bazardakı ən aşağı qiymətlərlə məhsulunuzun maya dəyərini göstərir.
Bazarda onları daha ucuz qiymətə ala bilsəniz, silah yaratmamalısınız.
Anbarın həcminin artırılması
Saxlama yeriniz məhduddur. Bu məhdudiyyət Səviyyənizdən və Dözümlülü(k)yünüzdən asılıdır.
Premium hesabı ilə anbarınızı iki qat artıra və bundan əlavə həftədə 400G verərək limiti artıra bilərsiniz.
Səviyyə 99 olan ev də anbarınızın orijinal ölçüsünü 100% artırır (premium və həftəlik qızıl ilə almadan).